RU

Trampın Netanyahuya bu “jesti” gündəm oldu – Video


İsrailin Baş naziri Benyamin Netanyahu fevralın 4-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşüb.
Yeniavaz.com
xəbər verir ki, görüşdə Trampın Netayahunun altına kreslo çəkməsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.
Hətta onu “ofisiant” adlandıranlar da olub.
Qeyd edək ki, Netanyahunun Trampla görüşü beş saat davam edib və ABŞ prezidentinin Ağ Evin qarşısında baş nazirlə şəxsən görüşməsi ilə başlayıb.
Görüş zamanı hökumət başçısı həmsöhbətinə 7 cəbhədə müharibə zamanı İsrailə silah tədarükünə qoyulmuş məhdudiyyətləri aradan qaldırdığına, habelə İsrail və onun baş nazirinə qeyd-şərtsiz dəstək verdiyinə görə təşəkkür edib.
Digər tərəfdən, İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ lideri Donald Trampa “Hizbullah” hərəkatına qarşı əməliyyatı xatırladan “adi və qızılla örtülmüş” iki peycer hədiyyə edib.
Tramp isə baş nazirə imzalı fotoşəkil və yazı təqdim edib. Yazıda “Bibi (Benyamin Netanyahu – red.), böyük lider”, - sözləri yazılıb.
Избранный
5
yeniavaz.com

1Источники