RU

ABŞ qoşunları Suriyanı tərk edəcək

ABŞ

Pentaqon (Müdafiə Nazirliyi) ABŞ qoşunlarını Suriyadan çıxarmaq planı hazırlayır.

Reyting.az
"NBC News"-a istinadla xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinə yaxın mənbələr bildiriblər.

Onların sözlərinə görə, çox tezliklə Amerika qoşunlarının Suriyadan tamamilə çıxarılması üçün konkret plan hazırlanır.

Qeyd olunur ki, ABŞ Prezidenti Donald Tramp və ona yaxın digər rəsmilər məsələ ilə maraqlandıqdan sonra Pentaqon Suriya ilə bağlı təcili planlar hazırlamağa başlayıb. Planlarda qoşunların 30, 60 və ya 90 gün ərzində çıxarılması üçün vaxt çərçivəsi də göstərilir.

Bildirilir ki, Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts yanvarın 31-də ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) Tampadakı qərargahında çox yüksək səviyyəli hərbi rəsmilərlə görüşüb. Mənbələr iddia edir ki, bu görüşdə Yaxın Şərqdəki vəziyyət müzakirə olunub. Ağ evin sözçüsü isə bildirib ki, Suriya ərazisindəki ABŞ qüvvələrinin potensial azaldılması brifinqin mövzusu və yaxud da Uoltsun səfərinin əsas məqsədi deyil.

Pentaqon hələ ki, məsələ ilə bağlı ətraflı şərh verməkdən imtina edir.

Oqtay QORÇU
Избранный
10
reyting.az

1Источники