RU

Azərbaycan Kuboku: "Neftçi"nin bir ayağı yarımfinalda, "Sabah" "Sumqayıt"a qarşı - YENİLƏNİR

Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunları start götürüb.

Fanat.Az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Əvvəlcə "Neftçi" Tovuzda "Kəpəz"in qonağı olub.

Bu, əzəli rəqiblərin kubokda 13-cü dueli idi. Əvvəlki 12 oyundan 4-də gəncəlilər, 6-da isə bakılılar qələbə qazanmış, daha iki görüş isə heç-heçə nəticələnmişdi. 

"Ağ-qaralar" qonaq qismində 2 cavabsız qol vuraraq yarımfinal yolunda inamlı addım atıblar.

Günün ikinci oyunu paytaxtda baş tutacaq. "Sabah" doğma meydanda "Sumqayıt"ı qəbul edəcək. Bu, tərəflər arasında "ikinci cəbhə"də ikinci duel olacaq. Əvvəlki yeganə görüşdə “Sumqayıt” böyük hesabla (3:0) qalib gəlib. 

Qeyd edək ki, mərhələnin digər oyunları (“Araz-Naxçıvan” – “Zirə” və “Səbail” – “Qarabağ”) sabah baş tutacaq.

Azərbaycan Kuboku
1/4 final mərhələsi, ilk oyunlar
5 fevral

 "Kəpəz" – "Neftçi" 0:2 
Qollar:
Ağadadaş Salyanski, 35. Yuri Matias, 69.

Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov.
VAR: Rəvan Həmzəzadə, Nicat İsmayıllı.
Hakim-inspektor: Rövşən Əhmədov.
Tovuz şəhər stadionu.

Kəpəz: 22. Məmməd Hüseynov 12. Turan Manafov 5. Rauf Hüseynli 19. Sadiq Şəfiyev 29. Dioqo Verdaska 78. Yeqor Xvalko (k) 28. Rati Ardazişvili 11. Trent Buhagiar 3. Mahamadu Ba 10. Karim Lkoça 88. Şevroni Mabatşoev.
Ehtiyat oyunçular: 1. Rojerio Santos 18. Elgün Bayramov 2. İlkin Qırtımov 7. Ehtiram Şahverdiyev 70. Nicat Süleymanov 8. Elmir Tağıyev 6. Nemət Musayev 21. Camal Cəfərov 17. Ümid Səmədov 26. Valdemar Almeyda 9. Luis Paçu.
Baş məşqçi: Araz Bağırov.
Neftçi: 93. Rza Cəfərov (k) 10. Filip Ozobiç 8. Emin Mahmudov 3. Höccət Haqverdi 19. Azər Salahlı 4. Elvin Camalov 91. Ağadadaş Salyanski 99. Ervin Koffi 44. Yuri Matias 24. Mustafa Sek 18. Ryonosuke Ohori.
Ehtiyat oyunçular: 1. Emil Balayev 30. Rustam Samigullin 90. Ramil Şeydayev 13. Emil Səfərov 80. Həbib İsmayılov 78. Elcan Əbilov 47. Murad Məmmədov 23. Robert Bauer 20. Alfa Konte 77. Yeqor Boqomolski.
Baş məşqçi: Samir Abasov.

18:30. "Sabah" – "Sumqayıt"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev.
VAR: Rəşad Əhmədov, Elşad Abdullayev.
Hakim-inspektor: Ramil Diniyev.
Bank Respublika Arena.

 

 

Избранный
4
41
fanat.az

10Источники