RU

Gömrük Komitəsində təqaüd QALMAQALI - 250 nəfərin aqibəti necə olacaq?

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Feysbuk sosial şəbəkəsində "Ulvi Aliyev" adlı istifadəçi video-şikayəti yayılıb.


Şikayətçinin sözlərinə görə, uzun müddət Azərbaycan Respublikasının Gömrük Komitəsində çalışan 250 nəfərin pensiyası DSMF tərəfindən dayandırılıb. Halbuki onların pensiya almaq hüququ yaranıb və artıq son bir il müddətindən pensiya alıblar. Təqaüdün kəsilməsinə səbəb kimi isə DSMF tərəfindən pensiyanın düzgün təyin olunmaması göstərilib.


Şikayətçilərə bildirilib ki, artıq pensiya almıyacaqlar. Hətta bir il ərzində onlara verilən toplam pensiya məbləğinin geri qaytarılmasını da tələb ediblər. 


Şikayət ilə bağlı DSMF-yə sorğu ünvanladıq. Lakin günlər keçməsinə baxmayaraq, qurumdan məsələ ilə bağlı rəsmi cavab verilmədi.


Problemlə bağlı Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov “Referans”-a açıqlamasında bu haqda danışıb.




“Belə halların baş verməsi mümkündür. Ola bilir ki, pensiyalar düzgün hesablanmır. Bunu ya daxili audit, ya da Hesablama Palatası bəzən ortaya çıxarır. Bu zaman adətən dəqiqləşdirilmə aparılana qədər pensiyanın verilişi dayandırıla bilər. Hesablanmalar aparıldıqdan sonra isə problem dəqiqləşdikdən sonra ödənilməyən aylar da hissə-hissə qaytarılacaqdır”.


Sahib Məmmədov bildirib ki, belə hallar adətən ya hesabat verən tərəfin ya da hesablayan tərəfin səhvi ucbatından baş verir.


“Əlavə olaraq onu da bildirim ki, bu o demək deyil ki, 250-yə yaxın şəxsin pensiyası artıq dayandırılıb. Sadəcə bu şəxslərin pensiyasının monitorinqi keçirilir. Yəqin ki, hazırda Gömrük Komitəsində də bununla bağlı araşdırmalar aparılır. Dəqiqləşmələr bitdikdən sonra hər şey yoluna düşəcək”.


Ekspert qeyd edib ki, bu məsələdə şikayətçi tərəf, vaxtilə Gömrük Komitəsinin işçiləri olan şəxslər müəyyən müddət sonra pensiya hüququ yaranan şəxslər olduğuna görə, əslində, burada pensiyanın təmamilə kəsilməsindən söhbət gedə bilməz.

 

Fidan Vəlisoy

Избранный
4
referans.az

1Источники