RU

Müharibə başlayandan nə qədər Ukrayna əsgəri ölüb? – Zelenski açıqladı

Zelenski Rusiya ilə genişmiqyaslı müharibənin başlamasından bu yana 100 minə yaxın Ukrayna əsgərinin öldürüldüyünü açıqlayıb.

KONKRET.az xəbər verir ki, Ukrayna prezidenti yaralıların sayının 390 minə çatdığını deyib:

“Dəqiq rəqəmlər bizim üçün çox vacibdir. İcazə verin aydınlaşdırım. Yaralananların sayı çoxdur. Çünki yaralananlar, sonra döyüş meydanına qayıdıb yenidən döyüşüblər”, – deyə Zelenski britaniyalı jurnalist Pirs Morqana müsahibəsində vurğulayıb.

Vəli Həsənoğlu,
KONKRET.az

Избранный
6
konkret.az

1Источники