RU

Baş nazir: Gürcüstanın qaranlıq keçmişinə qayıtmaması üçün “Nürnberq prosesi” lazımdır

Gürcüstanın öz qaranlıq keçmişinə qayıtmaması üçün bir növ “Nürnberq prosesi” lazımdır.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

“Biz ölkəmizi sona qədər geri almalıyıq, bunun üçün hər şeyin öz adı - cinayətkarın cinayətkar, xarici agentin isə xarici agent çağırılması lazımdır. Əslində bu cinayətlər məlumdur, bu həbsxanalarda insanların qətli, işgəncələr, biznes reketliyi, 2008-ci ildəki hərbi cinayətlərdir. Bütün bunlar bizə məlumdur, lakin hər şeyi bir daha aydınlaşdırmaq lazımdır ki, ictimaiyyətə hər şey xatırladılsın.

Bizə bir növ “Nürnberq prosesi” lazımdır ki, Gürcüstan heç vaxt 2004-2012-ci illərdəki öz qaranlıq keçmişinə qayıtmasın. Heç kim ölkəmizi 2012-ci ildən əvvəl fəaliyyət göstərən rejimə qaytarmamalıdır. Bu, kənardan idarə olunan qanlı rejim idi, onun cinayətləri dəqiqliklə Parlamentin İstintaq Komissiyası çərçivəsində araşdırılacaq”, - Baş nazir qeyd edib.

Избранный
1
1
apa.az

2Источники