RU

Əkrəm İmamoğlunun 7 il 4 aya qədər həbsi istənilir

İstanbul Böyük Şəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlunun İstanbul Baş prokuroru Akın Gürlek və ailəsi ilə bağlı dediyi sözlərə görə 7 il 4 aya qədər həbs edilməsi istənilir.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bununla bağlı müvafiq ittiham aktı hazırlanıb.

İstanbul Respublika Prokurorluğu Terror Cinayətləri İstintaq Bürosu tərəfindən hazırlanmış ittiham aktında “İmamoğlunun ictimaiyyət qarşısında istifadə etdiyi ifadələrin alçaldıcı xarakter daşıdığı və ictimai vəzifəsini yerinə yetirən zərərçəkmiş Akın Gürleki alçaltmaq məqsədi daşıdığı vurğulanıb”.

İttiham aktı baxılması üçün Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Избранный
1
11
apa.az

10Источники