RU

Kamal Mürsəlovun direktoru olduğu Saatlı Tibb Kollecinə 33 min AZN-ə mühafizə xidməti alınır

Saatlı Tibb Kolleci mühafizə xidmətinin satınalınması ilə bağlı elan etdiyi tenderin qalibi bəlli olub.

32gun.az xəbər verir ki, müsabiqənin qalibi “TİİM” MMC olub.

Tərəflər arasında 32.900 AZN-lik müqavilə bağlanacağı gözlənilir.

Tenderə əsasən Saatlı Tibb Kolleci  8 ay ərzində Tədris binasının mühafizə olunmalıdır.

Qeyd edək ki, TİİM Məhdud Məsuliyyətli Cəmiyyəti 03.06.2011-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alınıb. MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Zeynal Xəlil ev 14, nizamnamə kapitalı 10 manatdır. MMC-nin qanuni təmsilçisi Manafov İlham Sabir oğludur.

Xatırladaq ki, Saatlı Tibb kollecinin direktoru Həkim Mürsəlov Kamal Əlimuxtar oğludur. 

Избранный
19
paytaxt.org

1Источники