RU

Politoloq: Rusiyanın Aİ ölkələri ilə münasibətlərinin normallaşmasını görəcəyik...

Putin deyib ki, Tramp öz xarakteri və qətiyyəti ilə Avropa elitasını çox qısa müddətdə nizama salacaq...

Zeynal Əmrəliyev: “Putin ABŞ prezidenti Donald Trampın Avropa İttifaqına olan sərt münasibətini nəzərə alaraq demək istəyir ki, yaxın müddətdə Tramp Avropa İttifaqında bir nizam yaradacaq”.

“Məlumdur ki, Trampın xarici siyasətindəki əsas məqsədi məhz Çinə qarşı mübarizədir və burada ABŞ Rusiyanı öz tərəfinə çəkmək istəyir”.

Bu sözləri politoloq Zeynal Əmrəliyev Rusiya prezidentinin Donald Tramp haqqındakı fikirlərini Poliqon-a şərh edərkən qeyd edib.

Rusiya prezidenti Vladimir Putin “Rossiya-1” telekanalına müsahibəsində yeni böhrana səbəb ola biləcək açıqlamalar verib. O deyib ki, Tramp öz xarakteri və qətiyyəti ilə Avropa elitasını çox qısa müddətdə nizama salacaq: “Yaxınlarda hamısı sahibinin ayaqlarına qapanıb quyruq bulayacaq. Bu, çox qısa zamanda olacaq və hər şey yaxşı olacaq".

Bəs, Avropa liderləri Putinin “hamısı sahibinin ayaqlarına qapanıb quyruq bulayacaq” fikrinə necə reaksiya verəcəklər?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Zeynal Əmrəliyev ilə müzakirə edib.

Zeynal Əmrəliyev: “Moskva Avropa İttifaqında nizam-intizamın düzəlməsini gözləməkdənsə, yaxşı olardı ki, Ukraynada müharibənin bitirməsi ilə bağlı konstruktiv mövqe sərgiləsin”.

Trampın inaqurasiya mərasimindən 15 gün keçdiyinə və müharibədə bir dönüşün olmamasına diqqət çəkən politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, əslinə Rusiyadan daha sərt şəkildə müharibəyə hazırlaşması baradə bəyanatlar səsləndirilir:

“Şübhəsiz ki, Vladimir Putin Avropa liderləri deyəndə Makron və Şoltsu nəzərdə tutur. Putin ABŞ prezidenti Donald Trampın Avropa İttifaqına olan sərt münasibətini nəzərə alaraq demək istəyir ki, yaxın müddətdə Tramp Avropa İttifaqında bir nizam yaradacaq.

Məlumdur ki, Trampın xarici siyasətindəki əsas məqsədi məhz Çinə qarşı mübarizədir və burada ABŞ Rusiyanı öz tərəfinə çəkmək istəyir. Buna görə də, Rusiyaya müəyyən güzəştlərin gedilməsi məsələsi gündəmdədir. Suriyada Rusiya üzərindən sanksiyaların götürülməsi və Avropa İttifaqı ölkələrinin Rusiya ilə yenidən ticarəti həyata keçirməsi məsələləri aktualdır. Yəni Avropa İttifaqı və Rusiya arasındakı iqtisadi münasibətlər ABŞ-in təzyiqi ilə yenidən yarana bilər. Çünki son zamanlar məhz Çin Rusiya Avropa bazalarını tərk etdiyi üçün çox böyük həvəslə bu bazaları tutmağa çalışır. Bu da ABŞ-in bə Aİ-nin maraqlarına ziddir. Buna görə də, ABŞ bu mübarizədə Rusiyanı öz tərəfinə çəkmək niyyətindədir.

Zeynal Əmrəliyev: “Mövcud reallığı dəyərləndirərək hər iki tərəf sülh masasına oturmalıdır. Ancaq bundan sonra Avropa İttifaqı ilə Rusiyanın münasibətləri normallaşa bilər”.

Böyük ehtimalla bu proses baş verəcək. Yəni Rusiyanın Avropa İttifaqı olan ölkələrlə münasibətinin normallaşmasını görəcəyik. Bunun üçün də Ukrayna müharibəsi bitməlidir. Tramp hakimiyyətə gələndə deyirdi ki, o Ukrayna müharibəsini bir günə bitirəcək. Amma Trampın inaqurasiya mərasimindən 15 gün keçib, biz hələ də müharibədə bir dönüşün olmasını görmürük. Əslinə Rusiyanın daha sərt şəkildə müharibəyə hazırlaşması baradə bəyanatlar səsləndirilir.

Moskva Avropa İttifaqında nizam-intizamın düzəlməsini gözləməkdənsə, yaxşı olardı ki, Ukraynada müharibənin bitirməsi ilə bağlı konstruktiv mövqe sərgiləsin. Təbii ki, eyni vəziyyət Ukraynaya da aiddir. Təbii ki, mövcud reallığı dəyərləndirərək hər iki tərəf sülh masasına oturmalıdır. Ancaq bundan sonra Avropa İttifaqı ilə Rusiyanın münasibətləri normallaşa bilər”.

Nərminə UMUDLU
Poliqon.info

Избранный
5
poliqon.info

1Источники