RU

"Şahbulaq qalası" bərpa olunacaq - 3 milyon manat ayrılacaq

Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi "Şahbulaq qalası"nı bərpa edəcək.

Valyuta.az xəbər verir ki, Dövlət Turizm Agentliyi bununla bağlı tender elan edib.

Tender Ağdam rayonun Şahbulaq kəndi ərazisində yerləşən "Şahbulaq qalası"nın bərpası ilə yanaşı, qala ətrafında turizm infrastrukturunun yaradılmasını da əhatə edəcək.

Satınalma müsabiqəsi martın 6-na qədər bitəcək. 

Satınalma predmetinin ehtimal olunan qiyməti 3 milyon 826 min 624 manatdır.

Maya Hüseynova

Избранный
19
valyuta.az

1Источники