Demokrat.az xəbər verir ki, bu fikirləri Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov keçirdiyi brifinqdə səsləndirib.
O bildirib ki, Sərəncamla 2025-ci il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2024-cü il üzrə orta aylıq əməkhaqqının illik artımına uyğun olaraq 8,1 faiz indeksləşdirilməklə bu ilin 1 yanvar tarixindən artırılır: