RU

Argentina ÜST- dən çıxmağa hazırlaşır

Argentina Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxmaqda ABŞ-ni izləyəcək.

Bu barədə "El Cronista" prezidenti Xavyer Milinin mətbuat katibi Manuel Adorninin bəyanatına istinadən məlumat verib .

"Biz, argentinalılar, beynəlxalq təşkilatın suverenliyimizə, o cümlədən sağlamlığımıza müdaxilə etməsinə icazə verməyəcəyik", - deyə Adorni qeyd edib.

Sözçü həmçinin əlavə edib ki, ÜST Argentinanı "bəşər tarixində ən uzun karantinə və bəzi dövlətlərin siyasi təsirindən müstəqil olmamasına" gətirib çıxarıb.

Избранный
5
aznews.az

1Источники