RU

Səbuhi Səfiyarlı: “Yaxşı futbolçu yenə də oynayacaq”

İcraiyyə Komitəsinin (İK) baş tutan sonuncu iclasında qəbul edilən önəmli qərarlardan biri də növbəti mövsüm üçün legioner limitinin ləğv edilməsi oldu.

Uzun müddətdir ki, müzakirəsi gedən bu qərarın təsdiqi futbol ictimaiyyəti tərəfindən birmənalı qarşılanmadı. Bu qərarın lehinə olanlar, limitə görə yerli futbolçuların daha rahat olduğunu və limit ortadan götürüldükdən sonra öz mövqelərini itirməmələri üçün daha çox çalışacaqlarını əsaslandırır. Qərarın əleyhinə olanlar isə akademiyalarımızda yetişən futbolçuların hamısının xaricə çıxmaq şansı olmadığını və başlanğıcda isə təcrübə yetərsizliyinə görə legionerlərə uduzacaqlarını düşünürlər.

“Qəbələ”nin idman ditektoru Səbuhi Səfiyarlı “FutbolPress”ə açıqlama verərək, limitin ləğvi haqda düşüncələrini bölüşdü:

“Düşünmürəm ki, limitin ləğvi yerli oyunçuların şanslarının azalmasına səbəb olsun. Yaxşı futbolçu yenə də oynayacaq. Əksinə limit var deyən bəzi güclü klublar yerli futbolçu oynatmağa məcbur olduğuyçun ehtiyatda da yerli oyunçu saxlamağa məcbur idi. Elələri də var idi ki, prespektivi olmasına baxmayaraq, ehtiyat heyət kimi qalırdı. Amma indi klub həmin gənc futbolçunun yerinə legioner alacaq, həmin yerli də icarə əsasında başqa kluba veriləcək. Ona görə yenə də yaxşı futbolçu oynanağa yer tapacaq. Əgər limiti saxlayıb, süni şəkildə oynadacayıqsa, heç gənclər də o qədər inkişaf etməyəcək. Məbləğlər də elə təyin edilib ki, orada yalnız imkanlı komandalar limitsiz sayda legioner oynada biləcək. O da 12 legionerdən sonra elə böyük məbləğlərdir ki, heç də hamısı bundan istifadə etməyəcək. 2-3 komandadan başqa yenə də əksəriyyəti 7-8 legioner oynadacaq. Bu səbəbdən də böyük dəyişiklik olacağını fikirləşmirəm. Üstəlik Azərbaycan futbolunun ən yaxşı dönəmi 2015/17-ci illərdə olub. Hansı ki, “Qəbələ” ilə “Qarabağ” eyni vaxtda Avropa Liqasının qruplarında mübarizə aparıb. Həmin vaxt isə legioner limiti var idi. Yəni bu limitin olması və olmaması problem deyil. Önəmli olan işin düzgün qurulmasıdır. Düzgün işləməyəndən sonra limit olsa da olmasa da bu proses dügün işləməyəcək. Hazırda çox böyük problemlər var ki, həmin çatışmazlıqlar aradan qaldırılmalıdır”.

Mirkamal Kazım

Избранный
13
futbolpress.az

1Источники