RU

“An-2” sanitar təyyarəsi Qazaxıstanda sərt eniş edib

Qazaxıstanın Arkalık şəhəri yaxınlığında qar fırtınası şəraitində “An-2” sanitar təyyarəsi sərt eniş edib.
 
“Report” Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə Kostanay vilayətinin Fövqəladə Hallar Departamenti məlumat yayıb.
 
"Bu gün Kostanay-Arkalık reysi ilə uçan “An-2” tibbi təyyarəsi güclü qar fırtınası şəraitində Arkalık şəhərindən 1,5 km məsafədə, hava limanı yaxınlığında sərt eniş edib", - məlumatda qeyd olunub.
 
Təyyarədə iki pilot və iki həkim olub. "Xilasedicilərin əlaqələndirilmiş və operativ fəaliyyəti sayəsində təyyarədə olan bütün şəxslər tez bir zamanda aşkar edilərək Arkalık şəhərinə çatdırılıb. Xəsarət alan yoxdur. Hadisənin təfərrüatları araşdırılır", - qurumdan bildirilib.
Избранный
15
12
moderator.az

10Источники