RU

Təsdiqləndi- Azərbaycan əleyhinə ifrat qərəzli jurnalistləri USAİD maliyyələşdirib...

Image

Yadigar Məmmədli: “Məqsəd Azərbaycanda destabillik yaratmaq olub”

USAİD-in müxtəlif ölkələrdə həyata keçirdiyi qaranlıq, pozucu fəaliyyətləri bir-bir ortaya çıxır. Bir çox beynəlxalq media qruplarına böyük maliyyə dəstəyi verməklə müstəqil siyasət yürüdən dövlətlər barədə “müstəqil araşdırmalar” sifariş verən bu təşkilat əslində korrupsiyalaşmış bir qurum olub. 

Məsələn, USAİD Nyu-Yorkun keçmiş meri R.Culianiyə qarşı kompromatın tapılması üçün OCCRP-yə 20 mln dollar vəsait ayırıb. Məlumatlar göstərir ki, USAİD PCCRP ( Mütəşəkkil cinayətkarlıq və korrupsiya hesabatlılığı beynəlxalq jurnalist layihəsi) ilə sıx əməkdaşlıq edib.

Maraqlıdır, bir belə vəsaiti ayırmaqda USAİD-in məqsədi nə idi? Məlumdur ki, PCCRP Azərbaycana qarşı da çox ciddi ittihamlar irəli sürüb. Ölkəmizin ünvanına şər-böhtan atıb. Bu baxımdan USAİD-in bunları maliyyələşdirməkdə məqsədi nə idi?

“Bu kimi təşkilatlar müstəqil siyasət yeridən, milli maraqlardan çıxış edən dövlətləri sevmirlər”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən media eksperti Yadigar Məmmədli hesab edir ki, məqsəd Azərbaycanda destabillik yaratmaq olub: “Məsələ ondadır ki, bu kimi təşkilatlar müstəqil siyasət yeridən, milli maraqlardan çıxış edən dövlətləri sevmirlər. Onlar istəyirlər ki, oyuncaq dövlətlər olsun, onların sifarişlərini yerinə yetirsinlər. Azərbaycanın regionda lider dövlət olması, bütün təzyiqlərə, təxribatlara baxmayaraq Qarabağda separatizmə son qoyması, ərazi bütövlüyünü təmin etməsi bu kimi təşkilatları sarsıtdı. Ona görə də USAİD müxtəlif mənfi imicə malik təşkilatlara maliyyə ayıraraq Azərbaycanda sabitliyi pozmaq məqsədi güdüb. Ölkədəki sabitliyi, həmrəyliyi içəridən sarsıtmaq üçün müxtəlif layihələri maliyyələşdiriblər. Məqsəd eyni olub. Azərbaycan dövlətini sarsıtmaq, ölkə daxilində cəmiyyətdə iğtisaslar yaratmaq və s. Bu, həm də erməni maraqlarından irəli gələn bir siyasətdir. USAİD Ermənistana 250 milyon dollar ayırmışdı. Bununla yanaşı, beynəlxalq mediada Azərbaycana qarşı qaralama kampaniyası aparırdılar. Guya Azərbaycanda ermənilər etnik təmizləməyə məruz qalıb. Halbuki, bütün dünya gördü ki, onlar öz xoşu ilə Qarabağı tərk etdilər. Burada hansısa etnik təmizləmədən söhbət gedə bilməz. Bu deyilənlərin reallıqla heç bir əlaqəsi yoxdur”.

Vidadi ORDAHALLI





Избранный
70
baki-xeber.com

1Источники