RU

Uşaqları kənardan sevin, ancaq öpməyin...

Uşaqları dodağından öpmək fikri mübahisəlidir. 

Bir qrup bunun yanlış olmadığını, sevgisini elə göstərdiyini desə də, digər qrup bunun doğru olmadığını iddia edir.

Psixoloq Aynur Əliyeva Hit.az-a deyib ki, ağız və dodaqlar uşaqların bədənlərinin ən həssas və zərif hissələridir.

 "Uşağı dodağından öpməklə, onun bunu başqasına da icazə verməsinə şərait yaradılır. Bundan savayı uşağı dodağından öpmək gigiyenik cəhətdən də məsləhətli deyil. Çünki, insan ağzında yüzlərlə bakteriya var ki, onlar böyüklər üçün təhlükəli olmasa da, azyaşlılar üçün risklidir.Ümumiyyətlə, uşaqları, sevgidən də olsa dayanmadan öpmək heç də doğru deyi. Yad adamların uşağımızı öpməsinə icazə vermək isə böyük bir səhvdir. Gözəl bir körpə görən kimi, küçədə ya da hər hansı bir məkanda yanına gedib, yanağından öpürük. Bu hərəkətlə tüpürcəkdə olan və son illərdə körpələri və kiçik uşaqları da zərərli vəziyyətə atan "öpüş xəstəliyinə" yoluxdura bilərik".

Sevinc
 

Избранный
18
22
hit.az

10Источники