RU

“18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər” ifadəsi “əlilliyi olan uşaqlar” ilə əvəz olunur

Fins.az - Azərbaycan qanunvericiliyində 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər "əlilliyi olan uşaqlar" termini ilə əvəz edilir.

Bununla bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək, Mülki Prosessual, Ailə, Cinayət, Vergi, Cəzaların İcrası məcəllələrində, “Sosial sığorta haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında”, “Dövlət rüsumu haqqında”, “İcra haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək pensiyaları haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyaya qoşulmaq barəsində”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Məşğulluq haqqında” qanunlarda dəyişiklik layihəsində öz əksini tapıb.

Dəyişikliklərə əsasən, bir sıra qanunlarda “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər” ifadəsi “əlilliyi olan uşaqlar” ilə əvəz olunur.

Qeyd edilib ki, qanun layihəsi bütövlükdə Birləşmiş Millətlər Təşkilatının “Əlilliyi olan şəxslərin hüquqları haqqında” 2006-cı il tarixli Konvensiyasının tələbləri çərçivəsində istifadə edilən terminlərin uyğunlaşdırılmasını nəzərə alır, normativ tənzimləmədə kolliziyaların yaranmaması və nəticədə qanunvericilik sistemində əlilliyi olan uşaqlara münasibətdə terminoloji vahidliyin təmin edilməsi məqsədini güdür.

Zemfira Ms
Fins.az

Избранный
20
6
fins.az

8Источники