RU

Vaqif Cavadov: “Limitin ləğvi yerli futbolçulara zərbə ola bilər”

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "Sabah" - "Sumqayıt" matçından (0:0) sonra qonaqların baş məşqçisi Vaqif Cavadovun mətbuat konfransı keçirilib.

"Hər iki tərəf dinamik futbol oynadı. İki komanda da qalib gəlmək istəyirdi. "Sabah"ın da, bizim də şanslarımız var idi. Qol vura bilmədik, lakin qapımızı toxunulmaz saxlamağı bacardıq. Hər şey cavab oyununa qaldı. Komandama təşəkkürümü bildirirəm. Yaxşı oyun nümayiş etdirdilər. Növbəti oyuna hazırlaşacağıq"

- Premyer Liqada komanda sayının artırılması və legioner limitinin ləğv olunması ilə bağlı fikirləriniz necədir?

- Bu barədə indi rəy bildirmək tezdir. Strategiyanı hazırlayanlar bəlkə də bizdən, məndən də savadlıdırlar. Bunun nəticələrini növbəti mövsümdə görəcəyik. Milli komandalara necə təsir etdiyini də hiss edəcəyik. Tək əsas milli yox, aşağı yaş qruplarına da təsir edəcək. Limitin ləğvi yerli futbolçulara zərbə ola bilər. Bir baş məşqçi kimi mənim üçün bu, idealdır. Amma digər tərəfdən bizim akademiyalarımız var. 17-18 yaşlı uşaqların indi oynamaq şansları var idi. Amma bu qərardan sonra gənc futbolçular kənarda gözləməli olacaq. Artıq ehtiyatda gənc oyunçular yox, 24-25 yaşlı futbolçular oturacaq. Nüanslar çoxdur. Qərar qəbul olunubsa, razılaşmalıyıq və nəticəsinin necə olacağını gözləməliyik. Premyer Liqada komanda sayının artırılmasına gəldikdə, müsbət məqamdır. Yerli futbolçuların üzə çıxmaq şansları olacaq. Hər klubun öz strategiyası var. "Sumqayıt" öz akademiyasına da güvənəcək. Biz indi limiti yox, kuboku və Premyer Liqanı düşünürük. Azərbaycan futbolunu qaldırmaq lazımdır. Bunun üçün əlimizdən gələni edəcəyik.

- "Sumqayıt"ın qarşısına avrokubok hədəfi qoyulub?

- Özünüzdə bilirsiz ki, mən komandanı götürəndə neçənci yerdə idi və hansı hədəflər var idi. Mənim qarşıma elə hədəflər qoyulmayıb. Amma mən və komandam hər oyuna 3 xal üçün çıxacağıq.

Azər Bağırov: “Azərbaycanda yetərincə istedadlı oyunçu var”

Samir Abasov: “İşimiz başımızdan aşır”

Saşa Yunisoğlu: "Yalnız “Qəbələ”nin elitaya yüksəlmək üçün lazımi şəraiti var"

“Neftçi”dən inamlı qələbə - YENİLƏNİB

Şahruddin: "Çox şey deyə bilərəm, amma bunun mənası yoxdur"

Избранный
3
3
apasport.az

4Источники