RU

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dağılır?

ABŞ-ın ardınca Argentina da Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxacaq. Bu barədə çərşənbə günü Argentina prezidentinin mətbuat katibi Manuel Adorni məlumat verib.

Manuel Adorni jurnalistlərə bildirib ki, Argentina prezidenti Xavyer Maylinin qərarı “xüsusilə pandemiya zamanı (COVID-19) səhiyyə siyasəti ilə bağlı dərin fikir ayrılıqlarına əsaslanıb” (AFP-yə istinadən). O əlavə edib ki, Argentina hakimiyyəti “beynəlxalq təşkilatın ölkənin suverenliyinə müdaxilə etməsinə icazə verməyəcək”.

Argentina hakimiyyəti Donald Trampın ölkənin ÜST-dən çıxması ilə bağlı fərmanı imzalamasından iki həftə sonra beynəlxalq təşkilatdan çıxmaq qərarına gəlib. Sənədə əsasən, Birləşmiş Ştatlar ÜST-yə hər hansı vəsaitin köçürülməsini dayandırır, həmçinin ÜST-də çalışan bütün işçiləri və podratçıları geri çağırır. Sərəncamda qeyd edilir ki, ÜST “ABŞ-dan ədalətsiz və ağır ödənişlər tələb edir” və bu ödənişlər digər ölkələrin töhfələri ilə müqayisədə qeyri-mütənasibdir. Bundan əlavə, Tramp ÜST-ni lazımi islahatları həyata keçirməməkdə və “ÜST üzvlərinin yersiz siyasi təsirindən asılı olmaqda” ittiham edib.

//Samir Qurbanov,Editor.az

Избранный
4
editor.az

1Источники