ABŞ Hökumətinin Effektivliyi Departamentinə (DOGE) rəhbərlik edən İlon Musk media orqanlarının hökumət vəsaitləri ilə maliyyələşdirilməsi praktikasına qarşı kəskin çıxış edib.
Redaktor.az xəbər verir ki, o, bu barədə X-dəki hesabında yazıb.
"Bu, açıq-aydın vergi ödəyicilərinin pullarının böyük itkisidir!" - Mask "Associated Press"in dövlət xəzinəsindən milyonlarla dollar alması ilə bağlı məlumata belə cavab verib.
Mask bunun tezliklə dayandırılacağına söz verib.
Turan İSMAYIL