RU

"Sumqayıt" akademiyasının yetirmələrinə güvənəcək" - Vaqif Cavadov

"Sumqayıt" ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Sabah"ın meydanından "sülh"lə ayrıldı - 0:0.

"Football-plus.az" xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Vaqif Cavadov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- İnanıram ki, həm siz media nümayəndələri, həm də azarkeşlər stadiondan xoş əhval-ruhiyyə ilə ayrılır. Ona görə ki, hər iki komanda dinamik və aqressiv oyun sərgilədi. Təhlükəli hücumlarla zəngin matça şahidlik etdik. Qol vura bilməsək də, qapımızı toxunulmaz saxlaya bildik. Cütün taleyinə Sumqayıtda aydınlıq gələcək. Növbəti matça hazırlaşacağıq.

- Premyer-liqada komanda sayının artırılması və legionerlər limitinin ləğvi haqda nə düşünürsüz?
- Məncə bu barədə danışmaq üçün tezdi. Strategiyanı hazırlayanlar bəlkə də məndən savadlıdı. Qərarların nəticələrini növbəti mövsüm ərzində görəcəyik. Yəqin ki, milli komandalara da müəyyən təsiri olacaq. Bəlkə də limitin ləğvi yerli futbolçulara zərbə olacaq. Baş məşqçi kimi mənim üçün ideal qərardı. Təbii ki, akademiyalar var. Bundan sonra gənc futbolçular kənarda qala bilər. Ehtiyat oyunçular skamyasından gəncləri yox, 24-25 yaşlı azərbaycanlıları görə bilərik. Komanda sayının artırılması isə birmənalı şəkildə müsbət məqamdı. Belədə yerli oyunçuların üzə çıxması üçsn şansları olacaq. Onu deyə bilərəm ki, "Sumqayıt" akademiyasının yetirmələrinə güvənəcək.

- Bəs, komandanın qarşısına avrokuboklara yollanmaq hədəfi qoyulub?
- Mən "Sumqayıt"ın baş məşqçisi olanda komanda neçənci pillədə idi? Hədəfləri nə idi? Bunu hamı bilir. Qarşıma elə hədəf qoyulmayıb. Təbii ki, hər matçda meydana qələbə qazanmaq üçün çıxacağıq.

KƏNAN BAHADIR

Избранный
29
football-plus.az

1Источники