RU

İsrail ABŞ-nin ardınca BMT-nin İnsan Haqları Şurasından çıxdı


İsrail ABŞ-nin ardınca BMT-nin İnsan Haqları Şurasından çıxdığını elan edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Gideon Saar sosial şəbəkələrdə məlumat yayıb.
Saar yazıb ki, İsrail ABŞ Prezidenti Donald Trampın BMT İnsan Haqları Şurasında iştirak etməmək qərarını alqışlayır:
“UNHRC ənənəvi olaraq insan haqlarını pozanları qoruyur, onlara nəzarətdən gizlənməyə imkan verir və bunun əvəzinə Yaxın Şərqdəki yeganə demokratiyanı – İsraili obsesif şəkildə şeytanlaşdırır”.
Onun sözlərinə görə, İsrail 100-dən çox pisləyən qətnaməyə tabe olub. Saar bildirib ki, bu, Şura tərəfindən indiyədək qəbul edilmiş bütün qətnamələrin 20 faizindən çoxudur və İran, Kuba, Şimali Koreya və Venesuela ilə bağlı qəbul edilmiş qətnamələrdən də çoxdur. Əvvəllər İsrail hakimiyyəti dəfələrlə UNHRC-nin fəaliyyətini tənqid edib və ölkənin Baş naziri Benyamin Netanyahu Şuranın qətnamələrindən birindən sonra “anti-İsrail vəsvəsəsi” haqqında yazıb.
Избранный
34
yeniavaz.com

1Источники