RU

Tramp ABŞ qoşunlarını Qəzzaya göndərmək öhdəliyi götürməyib

Tramp Qəzza zolağına ABŞ qoşunlarının göndərilməsi ilə bağlı öhdəlik götürməyib.

ABŞ prezidenti Donald Tramp Qəzza zolağına ABŞ qoşunlarının göndərilməsi ilə bağlı öhdəlik götürməyib.

Operativ Media xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlər üçün keçirilən növbəti brifinqdə deyib.

"Prezident Qəzzaya qoşun yeritmək öhdəliyi götürməyib", - deyə Ağ Evin mətbuat katibi bildirib.

"O həmçinin bildirib ki, ABŞ Qəzzanın bərpası üçün pul ödəmək niyyətində deyil. Onun administrasiyası bu bölgənin yenidən qurulması üçün bölgədəki tərəfdaşlarımızla işləyəcək", - deyə K.Livitt əlavə edib.

Избранный
1
5
operativmedia.az

7Источники