RU

Keçmiş mer və həyat yoldaşı amansızcasına qətlə yetirildi

Rusiyanın Samara şəhərinin keçmiş meri Viktor Tarxov və həyat yoldaşı Natalya Tarxov xüsusi amansızlıqla qətlə yetiriliblər.

Teleqraf.com "RTV"yə istinadla xəbər verir ki, bu barədə şəhərin hüquq-mühafizə orqanları məlumat yayıb.

Ər və arvadın cəsədləri təxminən bir aya yaxın metal çəlləklərdə saxlanılıb.

Cinayəti törətməkdə çübhəli bilinən tarxovların nəvəsi həbs olunub.

İstintaqın məlumatına görə, cinayət təxminən bir ay əvvəl törədilib.

Viktor Tarxov 2006-2010-cu illərdə Samaraya rəhbərlik edib.


Müəllif: Arzu
Избранный
12
teleqraf.com

1Источники