RU

BMT məruzəçisi Trampı təhqir elədi: "Bu, əxlaqsızlıqdır"

"Trampın Qəzzanə ələ keçirmək və oranın əhalisini qonşu ölkələrə zorla köçürmək planı əxlaqsızlıq və məsuliyyətsizlikdən qaynaqlanır"

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstin üzrə xüsusi məruzəçisi Franceska Albanese Kopenhagendə keçirdiyi mətbuat konfransında deyib.

O, Trampın Netanyahu ilə birgə brifinqdə səsləndirdiyi sözlərindən şoka düşdüyünü etiraf edib: "Bu əxlaqsız plan beynəlxalq cinayət və ona təhrikdir. Beynəlxalq ictimaiyyət bu məsuliyyətsizliyə qarşı daha güclü mövqe tutmalı, birləşməlidir".

Samir Musayev

MİA.AZ

Избранный
40
mia.az

1Источники