RU

Türkiyədə "Əsrin fəlakəti" kimi xarakterizə edilən zəlzələdən iki il ötür

Bakı. Trend:

2023-cü il fevralın 6-da mərkəzi Kahramanmaraş olmaqla Türkiyədəbaş verən 7.7 və 7.6 bal gücündəki dağıdıcı zəlzələdə 53 min 537nəfər həyatını itirib, 107 min 213 nəfər isə müxtəlif bədənxəsarətləri alıb. Zəlzələ nəticəsində 38 min 901 bina dağılıb.

Trend-in məlumatına görə, 11vilayət, 124 rayon, 6929 kənd və məhəllə olmaqla, 120 minkvadratkilometr əraziyə və 14 milyon insana təsir edən bu zəlzələinsan itkisi və əhatə etdiyi ərazi baxımından dünya üzrə əndağıdıcı təbii fəlakətlər siyahısına daxil olub.

Təbii fəlakət bölgəsinə 650 min nəfərlik işçi qüvvəsi cəlbolunub. Onlardan 11 min 488-i beynəlxalq olmaqla 35 min 250-siaxtarış-xilasetmə, 142 mini isə təhlükəsizlik işçisi idi. Bütün buişlərin aparılması üçün 20 min avtomobil və tikinti texnikası, 141helikopter, 182 təyyarə və 23 gəmi ayrılıb.

İlkin mərhələdə bölgəyə bir milyon çadır çatdırılıb ki, bu datəxminən 2,5 milyon zərərçəkənin müvəqqəti sığınmasına imkanyaradıb. Bölgədən 3 milyon 549 min nəfər təxliyə edilib. Bu dövrdə"Türk Hava Yolları" 13 min 701 uçuşla 2 milyondan çox sərnişindaşıyıb, zəlzələ bölgəsinə 32 min 770 ton yardım materialıçatdırıb.

Təbii fəlakətdən zərər çəkən vətəndaşlara, həmçinin, 14 milyard453 milyon lirə məbləğində kirayə dəstəyi göstərilib.

Məqalədə:
Избранный
12
az.trend.az

1Источники