"Hökumətdəki fırıldaqlar nəticəsində ABŞ ildə 700 milyard dollar itirir".
Parol.az xəbər verir ki, bunu ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask özünün X hesabında qeyd edib.
"Federal hökumətdə fırıldaqçılıq nəticəsində itkilər bütün ödənişlərin həcminin demək olar ki, 10%-ni təşkil edir ki, bu da ildə təxminən 700 milyard dollara bərabərdir", - deyə paylaşımda bildirilir.