NATO-nun keçmiş sədri Yens Stoltenberq ölkəsində vəzifəyə gətirilir.
Parol.az xəbər verir ki, o, Norveçin yeni maliyyə naziri olacaq.
Qeyd edək ki, Stoltenberq 2000-2001 və 2005-2013-cü illərdə Norveçin baş naziri olub.
O, on il (2014-2024) ərzində Qərb hərbi alyansına (NATO) başçılıq edib.