RU

Ronaldu bir neçə futbol klubunun sahibi olmaq istəyir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunda çıxış edən portuqaliyalı futbolçu Kriştianu Ronaldu bir neçə kluba sahib olmağı planlaşdırır.
Oxu.Az xəbər verir ki, o, bu barədə "Canal 11"ə müsahibəsində bildirib.
"Bu, mənim arzumdur və əminəm ki, bir klub sahibi olacağam. Üstəlik, bir deyil, bir neçə klubumun olacağına ümid edirəm", - forvard qeyd edib.
Eyni zamanda, o, klubu idarə etmək və ya məşqçi olmaq istəmədiyini bildirib.
"Klub direktoru olmağın mənası yoxdur. Mən bir klubun sahibi ola bilirəmsə, niyə məşqçi, idman direktoru və ya baş direktor olmalıyam ki?", - Ronaldu əlavə edib.
Избранный
13
2
oxu.az

3Источники