RU

Qardaşı həbs edilən keçmiş prezidentdən İLK AÇIQLAMA

Moldovanın Korrupsiyaya Qarşı Mübarizə İdarəsi ölkənin keçmiş prezidenti İqor Dodonun qardaşı Aleksandr Dodonu saxlayıb.

Publika.az xəbər verir ki, Aleksandr Dodon bir gün əvvəl Rusiyadan qayıdarkən Kişinyov hava limanında saxlanılıb.

O, hazırda Milli Antikorrupsiya Mərkəzinin təcridxanasında saxlanılır. Dodon qanunsuz varlanmada ittiham olunur.

İqor Dodon qardaşının saxlanmasına münasibət bildirib. O, Moldova hakimiyyətini ailəsini təqib etməkdə ittiham edib. Keçmiş prezident qardaşının saxlanmasını hakim partiyanın siyasi repressiyasının tərkib hissəsi hesab edib.

Dodonun sözlərinə görə, hakimiyyət ona qarşı təzyiqləri davam etdirir. O, qeyd edib ki, hökumət əvvəllər onun qohumlarını təqib edib, anasını, həyat yoldaşını, kürəkənini də “alçaldıb” və indi sıra qardaşına çatıb.

Избранный
17
publika.az

1Источники