RU

İngiltərə Liqa Kuboku: "Nyukasl" ikinci oyunda da "Arsenal"ı məğlub edərək finala yüksəlib

Bakı, 6 fevral, AZƏRTAC

İngiltərə Liqa Kubokunda ilk finalçı bəlli olub.

AZƏRTAC xəbər verir ki, yarımfinalda "Nyukasl" və "Arsenal" komandaları qarşılaşıb. İlk görüşdə olduğu kimi, bu matç da birincilərin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da, "Nyukasl" adını Liqa Kubokunda finala yazdırıb.

Yarımfinalın digər oyununda "Liverpul" və "Tottenhem" komandaları üz-üzə gələcək. İlk görüş London təmsilçisinin 1:0 hesablı qələbəsi ilə nəticələnib.

Избранный
45
6
azertag.az

10Источники