RU

“Əsrin fəlakəti”ndən iki il ötür

2023-cü il fevralın 6-da ölkənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə zəlzələlər baş verib. SİA xəbər verir ki, Türkiyədə 53 mindən çox insanın ölümünə səbəb olan dağıdıcı zəlzələlərdən artıq iki il ötür.

Xatırladaq ki, yeraltı təkanlar ölkənin 11 əyalətində və qonşu dövlətlərdə hiss olunub. Türkiyə hakimiyyəti zəlzələni “əsrin fəlakəti” adlandırıb.

Bir neçə saat ara ilə sadəcə 105 saniyə davam edən iki zəlzələ nəticəsində 53 537 nəfər həlak olub, 107 213 nəfər isə müxtəlif xəsarətlər alıb.

Yeraltı təkanlar zamanı 39 minə yaxın bina dağılıb. Bunlardan 26 minində axtarış-xilasetmə işləri aparılıb. Ölənlər arasında 4 azərbaycanlı tələbə də olub.

Ölkədə beynəlxalq yardım da daxil olmaqla, 4-cü səviyyə həyəcan siqnalı verilib. Bunun ardından 90 ölkədən axtarış-xilasetmə qrupları zəlzələ bölgəsinə köməyə gəlib. Zəlzələdən sonra Türkiyəyə özünü çatdıran ilk xarici heyət isə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin nümayəndələri olub. Azərbaycan yardıma 41-i tibb işçisi olmaqla 725 nəfər göndərib.

Komandalar fevralın 6-da Türkiyəyə gedərək həm axtarış-xilasetmə, həm də digər fəaliyyətlərdə iştirak ediblər. Martın ilk həftəsinə kimi vəzifələrini davam etdirən azərbaycanlı axtarış-xilasetmə mütəxəssisləri Türkiyəni tərk edən sonuncu komanda olub. Nümayəndələrimiz 53 nəfəri dağıntılar altından xilas edib.

Hazırda zəlzələ bölgəsində minlərlə evin tikintisi davam etdirilir. İnşa edilən evlərin açarları mərhələli şəkildə sahiblərinə təqdim edilir.

Избранный
41
23
sia.az

10Источники