İngiltərə Liqa Kubokunda ilk finalçı bəlli olub.
“Qafqazinfo” xəbər verir ki, yarımfinalda “Nyukasl” və “Arsenal” komandaları qarşılaşıb.
İlk görüşdə olduğu kimi, bu matç da “topçular”ın məğlubiyyəti ilə yekunlaşıb - 2:0.
Bununla da, “Nyukasl” adını Liqa Kubokunda finala yazdırıb.
Qeyd edək ki, yarımfinalın digər oyununda “Liverpul” və “Tottenhem” komandaları üz-üzə gələcək. İlk görüş London təmsilçisinin 1:0 hesablı qələbəsi ilə nəticələnib.