RU

Əfqanıstanda qadınların yeganə radiostansiyası da BAĞLANDI

Əfqanıstan hakimiyyəti ölkədə qadınlar üçün olan yeganə radiostansiya - "Radio Begum"u bağlayıb və iki əməkdaşı həbs edilib.

Oxu.az xəbər verir ki, məlumatı CNN yayıb.

Əfqanıstanın İnformasiya və Mədəniyyət Nazirliyi radiostansiyanın ölkənin yayım siyasətini pozduğunu və lisenziyasından sui-istifadə etdiyini bildirib.

Hüquq-mühafizə orqanları radiostansiyanın əməkdaşlarından bütün avadanlıq və telefonları müsadirə ediblər.

Xatırladaq ki, radiostansiya "Taliban" hakimiyyətə gəlməmişdən beş ay əvvəl - 2021-ci ildə, Beynəlxalq Qadınlar Günündə fəaliyyətə başlayıb.
Избранный
18
1
sherg.az

2Источники