RU

Olimpiya çempionu cəzalandırıldı: Komanda yoldaşına görün nə edib

Fransanın reqbi klubu “Biarritz Olympique Pays” üzvü 2016-cı ilin Olimpiya çempionu Masivesi Dakuvakanı komanda yoldaşı Baskes Ficiyə hücum etdiyinə görə cəzalandırıb.

Publika.az xəbər verir ki, Dakuvaku komanda yoldaşını yanağından dişləyib və bunun üçün 20 tikiş atılıb.

Hadisə şənlik zamanı baş verib. Sahidlərinin sözlərinə görə, dava pul üstündə başlayıb. Qurban Fici ilə başqa bir komanda oyunçusu arasındakı mübahisəyə müdaxilə etmək istəyərkən xəsarət alıb.

Dakuvaka əməlini etiraf edib. Lakin həmin gecə baş verənləri xatırlamadığından hərəkətinin səbəblərini açıqlamayıb.

Избранный
45
1
publika.az

2Источники