Türkiyənin Hatay əyalətində tarixi Həbibi Nəccar məscidində bərpa işləri davam edir.
Publika.az xəbər verir ki, Həbibi Nəccar məscidində bərpa işlərinin iyulun 7-nə – Hatayın Türkiyəyə birləşdirilməsinin növbəti ildönümünə qədər başa çatdırılması planlaşdırılır.
Qeyd edək ki, Həbibi Nəccar 2023-cü ilin 6 fevral zəlzələsi zamanı dağılmışdı.