RU

Argentina prezidenti ölkəyə ÜST-dən çıxmağı əmr etdi

Argentina prezidenti Xavyer Miley ölkənin ÜST-dən çıxması barədə göstəriş verib, hökumət sözçüsü Manuel Adorni bildirib..

“Miley xarici işlər naziri Gerardo Verteynə Argentinanın Ümumdünya Səhiyyə Təşkilatından çıxması barədə göstəriş verib”, – TASS onun sözlərindən sitat gətirir.

Adorninin sözlərinə görə, səbəblərdən biri koronavirus pandemiyası zamanı səhiyyə siyasəti ilə bağlı fikir ayrılığıdır.

Bundan əvvəl Amerika lideri Donald Tramp andiçmə mərasimindən sonra verdiyi ilk fərmanlarından birində Birləşmiş Ştatların ÜST-dən çıxması barədə qərar vermişdi.

Lakin sonradan o, bu qərara yenidən baxıla biləcəyini istisna etməyib.

DOĞRU.AZ

Избранный
15
dogru.az

1Источники