RU

Olimpiya çempionu cəzalandırıldı

Fransanın reqbi klubu “Biarritz Olympique Pays” üzvü 2016-cı ilin Olimpiya çempionu Masivesi Dakuvakanı komanda yoldaşı Baskes Ficiyə hücum etdiyinə görə cəzalandırıb. SİA xəbər verir ki, Dakuvaku komanda yoldaşını yanağından dişləyib və bunun üçün 20 tikiş atılıb.

Hadisə şənlik zamanı baş verib. Sahidlərinin sözlərinə görə, dava pul üstündə başlayıb. Qurban Fici ilə başqa bir komanda oyunçusu arasındakı mübahisəyə müdaxilə etmək istəyərkən xəsarət alıb.

Dakuvaka əməlini etiraf edib. Lakin həmin gecə baş verənləri xatırlamadığından hərəkətinin səbəblərini açıqlamayıb.

“Biarritz Olympique Pays” daxili araşdırma aparacaq. Klub dərhal lazımi tədbirlər görüb və aidiyyatı qurumlarla tam əməkdaşlığı təmin edib. İstintaqın nəticələrinə əsasən müvafiq sanksiyalar tətbiq olunacaq.

Klub 30 yaşlı reqbiiçini cəzalandırıb. O, may ayında məhkəmə qarşısına çıxmalıdır.

Избранный
26
1
sia.az

2Источники