Həyat yoldaşı müğənni Sədaqət Ulduza qadağa qoyub.
Bu barədə aparıcı Aytəkin Mərdanova “Qonaqcanlı” verilişində bildirib. O, ifaçının əkiz övladlarının fotosunu nümayiş etdirmək istəsə də, atalarının buna icazə vermədiyini qeyd edib:
“Əkizlərin şəkillərini təqdim edə bilmədik. Çünki ataları icazə vermir”.
Proqramda qonaq olan Sədaqət hələlik İsveçrədə yaşayan həyat yoldaşının yanına getməyi planlaşdırmadığını açıqlayıb:
“Hələ ki, yoldaşımın yanına getmirəm. Amma arzulayır ki, yanında olum. İnşallah, görək gedişat necə olacaq”.
Qeyd edək ki, Sədaqət Aşıq Ulduz Sönməzin qızıdır. 2019-cu ildə ailə quran müğənni ötən il dünyaya gələn əkizlərinə Rəhim və Rəsul adını verib. (Axşam.az)