RU

Almaniya Prezidenti: "Fələstinlilərin Qəzzadan koçürülməsi fikri qəbuledilməzdir"

Almaniya prezidenti Donald Trampın Fələstinlilərin Qəzzadan köçürülməsi ilə bağlı dediklərinə münasibət bildirib.

Almaniya prezidenti Frank-Valter Ştaynmayer ABŞ prezidenti Donald Trampın fələstinlilərin Qəzza zolağından ərəb ölkələrinə daimi köçürülməsi ideyasına qarşı çıxıb və bu təklifi qəbuledilməz adlandırıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Almaniya prezidenti Türkiyədə çıxışı zamanı deyib.

"Beynəlxalq hüquqa məhəl qoymayan və hətta onu pozan qərar qəbuledilməzdir", - deyə o bildirib.

Eyni zamanda, Almaniya prezidenti ərəb dövlətləri ilə ABŞ-nin yeni administrasiyası arasında bu əsasda planlaşdırılan danışıqların uğurlu olacağına inanmır.

Bununla yanaşı, Ştaynmayer vurğulayıb ki, münaqişənin həlli yalnız İsrailin təhlükəsizliyinə və fələstinlilərin öz müqəddəratını təyin etməsinə zəmanət verildiyi halda tapıla bilər.

Избранный
39
1
operativmedia.az

2Источники