RU

Heç vaxt unudulmayacaq gecə - FOTOLAR

Türkiyədə 50 mindən çox insanın ölümünə səbəb olan zəlzələlərdən 2 il ötür.

Bakıvaxtı.az xatırladır ki, 2023-cü il fevralın 6-da ölkənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə zəlzələlər baş verib.

Yeraltı təkanlar nəticəsində 53 537 nəfər həyatını itirib. 39 minə yaxın bina dağılıb. Bunlardan 26 minində axtarış-xilasetmə işləri aparılıb. Ölənlər arasında 4 azərbaycanlı tələbə də var idi.

Təxminən 14 milyon insana birbaşa təsir edən zəlzələ ilə əlaqədar Türkiyə beynəlxalq yardım da daxil olmaqla 4-cü səviyyəli xəbərdarlıq elan edib. Ölkə daxilində 7 günlük milli matəm elan olunub.

Bakıvaxtı.az “Əsrin fəlakəti”ndən fotoları təqdim edir:

Избранный
19
bakivaxti.az

1Источники