Bakı. Trend:
Bakı şəhərinin Binəqədi rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə,rayonda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumisahəsi 37 m² olan 1 otaqlı mənzildə ev əşyaları 15 m² sahədə yanıb.Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Mənzil yanğındanmühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.