RU

“Tarixdə bu gün” - 6 fevral necə yadda qalıb?

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir. 

 

6 fevral harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.

 

6 fevral 2023-cü ildə Kahramanmaraş vilayəti və ətraf ərazilərdə baş vermiş dağıdıcı zəlzələnin ildönümüdür:

 

500 atom bombası gücündə olan zəlzələlər nəticəsində 53537 nəfərin həyatına son qoydu, 107 mindən çox şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Zəlzələlər bölgədə yaşayan 14 milyon insanın həyatına təsir edib. Təxminən 40 min bina dağılıb, 200 mindən çox binaya ciddi ziyan dəyib.

 

6 fevral 1905-ci il tarixdə ermənilər Bakı şəhərində dəhşətli, qanlı hadisələr törədib:

 

Bakıda Rusiya hakim dairələrinin təhriki və erməni milyonçuları Balabek Lalayev, Artyom Babayants, Akop Muradyan, Qriqori Sarkisyants, İsay Ter-Osipov və digər maqnatların havadarlığı ilə ermənilər planlı şəkildə günün günorta çağı, erməni kilsəsinin yanında, “Parapet” meydanında qətllər törədiblər.

 

Nəticədə, 18 nəfər adam ermənilər tərəfindən öldürülüb, 33 nəfər yaralanıb. Bundan sonra Bakıda və quberniyanın digər yaşayış məntəqələrində davam edən şiddətli qırğınlar törədilib. 

 

6 fevral 1919-cu ildə erməni daşnakları Göyçə mahalının Məniman (Nəriman) kəndinə hücum etdilər:

 

Nəticədə 29 kişi, 10 qadın, 12 uşaq ağır işgəncələrlə qətlə yetirilib. Onların cəsədləri tanınmazz hala salınır, gözləri çıxarılır, qulaqları kəsilir. 37 evə od vurularaq yandırılır.

 

6 fevral 1955-ci ildə Azərbaycanın ilk maarifçi qadınlarından biri, Mirzə Cəlilin həyat yoldaşı Həmidə Cavanşirin xatirə günüdür:

 

O, doğulduğu Ağcabədi rayonunun Kəhrizli kəndində qadınlar üçün ilk məktəb və toxuculuq emalatxanası açıb. Qafqaz Müsəlman Qadınları Xeyriyyə Cəmiyyətinin yaradıcılarından biri və sədr müavini olan, “Molla Nəsrəddin” jurnalının nəşrinə yardım edən Həmidə xanım həm də atası Əhməd bəy Cavanşirin tərcümeyi-halını, Cəlil Məmmədquluzadə və Mirzə Ələkbər Sabir haqqında xatirələrini qələmə alıb, Azərbaycan yazıçılarının əsərlərini ruscaya tərcümə edib.

 

Избранный
4
azedu.az

1Источники