RU

Bakıda beşmərtəbəli binada yanğın - Zərərçəkən var

Bakı şəhərinin Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 37 m² olan 1 otaqlı mənzildə ev əşyaları 15 m² sahədə yanıb.   Manset.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Избранный
39
14
manset.az

10Источники