RU

“Araz-Naxçıvan” qış fasiləsində ilk transferini reallaşdırdı

Azərbaycan Premyer Liqası komandası "Araz-Naxçıvan" heyətini yeni futbolçu ilə gücləndirib.

“Araz-Naxçıvan” qış transfer pəncərəsi dövründə ilk transferini rəsmiləşdirib.

"Operativ Media" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Mərakeş əsilli belçikalı yarımmüdafiəçi Əyyub Allaşla "6 ay +1 illik" müqavilə imzalanıb.

27 yaşlı futbolçunun son klubu Moldova “Şerif”i olub. O, karyerası ərzində “Lyers”, “Svope Park Reyncers”, “Lyers Kempenzone”, həmçinin 2023-cü ilin qışından 2024-cü ilin yayına qədər “Qəbələ”nin formasını geyinib. 

Hücumameyilli yarımmüdafiəçi Mərakeşin U-20 milli komandasında da çıxış edib.

Избранный
35
10
operativmedia.az

10Источники