RU

Bakıda ev yandı, bir nəfər tüstüdən zəhərləndi

Bakının Binəqədi rayonunda evlərdən birində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 37 m² olan 1 otaqlı mənzildə ev əşyaları 15 m² sahədə yanıb.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Hacı Zeynalov
Избранный
78
2
teleqraf.com

10Источники