RU

Rihanna çarəsiz vəziyyətdə - Sevgilisini 24 il həbs gözləyir!

Dünya pop səhnəsinin ulduzu Rihannanın sevgilisi, repçi Eysap Rokkini 24 il həbsxana həyatı gözləyir.

OLAY yazır ki, ulduz ailə sözün həqiqi mənasında çətin və ağır günlər yaşayır.

Buna səbəb repçinin hazırda 2021-ci ildə baş verən atışmaya görə mühakimə olmasıdır.

Rihannanın sevgilisi günahkar bilinərsə, onu 24 il həbs cəzası gözləyir. Müğənni üçün baş verənlər isə əsl stressdir.

Ailə yaxın mənbə “HeatWorld” nəşrinə açıqlama bildirib ki, Rihanna sevgilisinin dəmir barmaqlıqlar arxasına düşə biləcəyi təhlükəsi ilə sress içindədir, çünki bu hadisə, onların həyatlarını canlı kabusa çevirəcək.

 “Bu illər ərzində Rihanna heç vaxt övladlarının atasının dəmir barmaqlıqlar arxasında qalması ilə bağlı dəhşətli perspektivlə qarşılaşacağını gözləmirdi. Əvvəldən onların vəkilləri onlara bunun belə olmayacağını demişdilər, amma oldu, ona görə də indi hər şeyin mümkün olduğu görünür. Bu, ən pis ssenaridir, lakin bu barədə düşünməmək çətindir. Üstəlik, onlar o qədər gizli insanlardır ki, bütün həyatlarının indi parçalanması onlara təsir edir. Vəziyyət stresdən də artıqdır”, -  deyə nəşrə gizli mənbə vurğulayıb.

Bildirilib ki, Rokki sona qədər müsbət olmağa çalışıb, lakin məhkəmə başlayandan bəri hər ikisi sanki iynə üstündədir. Müğənni və repçi pis yatır, dəhşətli əhval-ruhiyyədədir və hər hansı xırda şey onları əsəbiləşdirir.

Rihanna da repçinin məhkəmə iclaslarında iştirak etməyə çalışır. Onun məhkəməyə gizli şəkildə gəldiyi məlum olub. Onun orada olması ilə bağlı məlumatlar “Daily Mail” nəşri tərəfindən dərc edilən məhkəmə qeydləri sayəsində ortaya çıxıb.

Избранный
7
olay.az

1Источники