“Araz-Naxçıvan” qış transfer pəncərəsi dövründə ilk transferini rəsmiləşdirib.
İdman.biz xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
Mərakeş əsilli belçikalı yarımmüdafiəçi Əyyub Allaşla 6 ay + 1 illik müqavilə imzalanıb. 27 yaşlı futbolçunun son klubu Moldova “Şerif”i olub. O, karyerası ərzində “Lyers”, “Svope Park Reyncers”, “Lyers Kempenzone”, həmçinin 2023-cü ilin qışından 2024-cü ilin yayına qədər “Qəbələ”nin formasını geyinib.
Qeyd edək ki, hücumameylli yarımmüdafiəçi Mərakeşin U-20 milli komandasında da çıxış edib.
İdman.biz