RU

Mərkəzi Bankın baş direktoru vəzifəsindən azad edildi – YENİ BAŞ DİREKTOR – TƏYİNAT

Azərbaycan Mərkəzi Bankının sığorta sektoruna nəzarət qanadında kadr dəyişiklikləri olub. 

FED.az xəbər verir ki, indiyədək bu sektora rəhbərlik edən Mərkəzi Bankın baş direktoru Vəzifəsindən azad edilib. O AMB sədrinin müşavirə təyin edilib. 
Ziya Əliyevin yerinə isə indiyədək AMB-də sığorta fəaliyyətinə nəzarət departamentinə rəhbərlik edən Vüsal Qurbanov təyin edilib. 

Hazırda V.Qurbanov hər iki vəzifəni icra edir. 
 

Vüsal Cavanşir oğlu Qurbanov

1980-ci ildə Zaqatala şəhərində anadan olmuşdur. Azərbaycanlıdır. Ali təhsillidir. 2000-ci ildə Azərbaycan Kooperasiya Universitetini “Maliyyə və kredit” ixtisası üzrə bakalavr dərəcəsi ilə, 2004-ci ildə Azərbaycan Kooperasiya Universitetini “Maliyyə və kredit” ixtisasını magistr dərəcəsi ilə bitirmişdir.

1998-ci ildən etibarən müxtəlif sığorta şirkətlərində sığorta üzrə mütəxəssis, baş mütəxəssis, şöbə müdiri, departament müdirinin müavini, İdarə Heyətinin sədr müavini vəzifəsində çalışmışdır.

2019-cu ildən etibarən Maliyyə Bazarlarına Nəzarət Palatasının Daxili audit xidmətində böyük mütəxəssis, Sığorta fəaliyyətinə nəzarət departamentinin Qeyri-həyat sığorta infrastrukturuna nəzarət idarəsinin rəisi vəzifələrində çalışmışdır.

2019-cu ildən İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının üzvüdür.

2020-ci ilin yanvar ayında Mərkəzi Bankın Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru vəzifəsinin icraçısı təyin edilmişdir. 2020-ci ilin aprel ayından 2025-ci ilin fevral ayınadək Mərkəzi Bankın Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru vəzifəsində işləmişdir.

2025-ci ilin fevral ayının 3-də Mərkəzi Bankın baş direktoru vəzifəsinə təyin edilmişdir.

Ailəlidir, 2 övladı var.
 

Избранный
42
3
fed.az

7Источники