RU

Qobustanda əməliyyat - Saxlanılanlar var


Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib.

DİN-in mətbuat Xidmətinin Şəki regional qrupundan Bakupost.az -a bildirilib ki, həyata keçirilən tədbirlərlə Üzeyir Musayev, Elçin Hüsüyev və Anar Məmmədov saxlanılıb. Onlardan 3 kiloqram 300 qram marixuana aşkar olunub. Saxlanılanlar həmin narkotik vasitəni satış məqsədilə əldə etdiklərini bildiriblər.


Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Избранный
6
16
bakupost.az

10Источники